Rusiyada 3-16 yaşlı hər uşağa 10 MİN RUBL AYRILDI

12-05-2020, 00:46           
Rusiyada 3-16 yaşlı hər uşağa 10 MİN RUBL AYRILDI
Bu gün koronavirus pandemiyası ilə bağlı xalqa növbəti müraciətində Rusiya prezidenti Vladimir Putin elan edib ki, ölkədə 3-16 yaşlı bütün uşaqlara görə ailələrə birdəfəlik ödəniş həyata keçiriləcək.

Həcmi hər uşağa görə 10 min rubl təşkil edəcək ödənişi istisnasız olaraq bütün ailələr əldə edəcəklər.

Rusiya Əmək Nazirliyinin məlumatına görə, prezidentin elan etdiyi ödəniş 22 milyon uşağa şamil olunacaq və onu həyata keçirmək üçün təxminən 200 milyard rubl xərclənəcək. Ödənişi almaq üçün valideynlər dövlət xidmətləri saytında qeydiyyatdan keçəcəklər. Ödəmələrə iyunun 1-dən başlanacaq. Valideynlərdən müraciətlər 2020-ci ilin 1 oktyabrınadək qəbul ediləcək.

Putinin digər əmri ilə bundan əvvəl analıq kapitalına hüququ çatan ailələrin 3 yaşa qədər uşaqları üçün tətbiq olunan 5 min rublluq ödəmə də bütün 0-3 yaşlı uşaqlara şamil ediləcək. Əmək Nazirliyinin məlumatına görə, Rusiyada bu ödənişi almaq hüququ olan uşaqların sayı 1,7 milyondur. Onlara ödəniş etmək üçünsə büdcədən 25 milyard rubl ayırmaq lazım gələcək. Ümumilikdə isə Rusiyada 5 min rublluq birdəfəlik ödəmə ayrılacaq 0-3 yaşlı uşaqların sayı 5 milyondur. \\Musavat.com












Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.