Virus sürətlə Kremldə yayılır – Peskov da xəstələndi

12-05-2020, 17:17           
Virus sürətlə Kremldə yayılır –
Rusiya prezidentinin mətbuat katibi Dmitri Peskov koronavirus xəstəliyinə yoluxub. Bu barədə TASS informasiya agentliyi məlumat yayıb. Xəstəxanaya yerləşdirilən Peskov mətbuat nümayəndələrinə açıqlamasında deyib: “Bəli, xəstələnmişəm, müalicə alıram”.

Peskov yüksək rütbəli rusiyalı məmurlar arasında yeni tipli koronavirusa yoluxmuş dördüncü şəxsdir. Birinci olaraq, Rusiyanın baş naziri Mixail Mişustin, sonra tikinti naziri Vladimir Yakuşev və mədəniyyət naziri Olqa Lyubimova Kovid-10 virusuna yoluxublar.

İndiyə kimi Rusiyada 232 243 yoluxma, 2 116 ölüm halı qeydə alınıb, xəstələrin 43 512 nəfəri sağalıb. Rusiya yoluxma sayına görə dünyada ABŞ və İspaniyadan sonra üçüncü ölkə olsa da, ölkədə Kovid-19 virusundan ölüm faizi aşağıdır.

Hurriyyet.org












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru