ABŞ səhvən açıqladı: “Əkiz qüllər”ə hücum edən…

13-05-2020, 10:50           
ABŞ səhvən açıqladı: “Əkiz qüllər”ə hücum edən…
ABŞ Federal Təhqiqat Bürosu (FTB) 11 sentyabr 2001-ci ildə Nyu Yorkdakı Dünya Ticarət Mərkəzində baş verən terror hadisəsində Əl Qaidə terrorçularına kömək etməkdə şübhəli bilinən Səudiyyə rəsmisinin adını səhvən açıqlayıb.
Axar.az xəbər verir ki, bu barədə “Yahu Nyus” nəşri məlumat yayıb. Bildirilir ki, həmin şəxsin adı Mussaed Əhməd əl-Cərrahdır. O, 1999-2000-ci illərdə Səudiyyə Ərəbistanının ABŞ-dakı səfirliyində çalışıb.
Məlumata görə, Əhməd əl-Cərrah 11 sentyabr 2001-ci ildə “Əkiz qüllər”ə kamikadze hücumu edən Əl Qaidənin 2 terrorçusuna köməklik göstərməkdə şübhəli bilinir. Həmin şəxsin hazırda harada olduğu haqda məlumat yoxdur.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru