Rusiya ilə ABŞ arasında BÖYÜK BÖHRAN!

13-05-2020, 16:13           
Rusiya ilə ABŞ arasında BÖYÜK BÖHRAN!
ABŞ Kovid-19 virusu ilə mübarizə çərçivəsində Rusiyanın göndərdiyi tənəffüs aparatlarını geri qaytarmağı qərara alıb. Rusiya isə bu iddiaların doğru olmadığını, tibbi avadanlığın yoxlanışdan sonra ABŞ-a göndərildiyini bildirib.

Amerika Birləşmiş Ştatlarının Fövqəladə Halların İdarə Olunması üzrə Federal Agentliyinin (FEMA) mətbuat xidməti Rusiyanın ABŞ-a tibbi yardım çərçivəsində göndərdiyi tənəffüs cihazlarının ötən günlərdə yanğın baş vermiş Rusiya xəstəxanalarında istifadə edilən cihazlarla eyni modeldən olduğunu, bu səbəbdən ABŞ-ın cihazları Rusiyaya geri qaytarmağa hazırlaşdığını bəyan edib. FEMA-nın mətbuat katibi Canet Montezi Moskva və Sankt-Peterburqdakı xəstəxanalarda 6 nəfər koronavirus xəstəsinin ölümü ilə nəticələnən yanğınların səbəbinin tənəffüs aparatlarındakı qüsurlar ola biləcəyini və geri qaytarmaq qərarının bu səbəbdən verildiyini bildirib.

Rusiya ABŞ-a tibbi yardımı aprel ayının əvvəllərində göndərmişdi.

Rusiya Səhiyyə Nəzarəti Federal Xidməti (Roszdravnador) Sankt-Peterburq və Moskvadakı iki xəstəxanada baş verən yanğınlarla əlaqədar səhiyyə müəssisələrində istifadə edilən tənəffüs aparatlarının kefiyyətini yoxlamağa hazırlaşdıqlarını bəyan etmişdi.

Hurriyyet.org












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru