Koronavirus peyvəndi ilə bağlı KRİTİK AÇIQLAMA: 40 ölkə…

14-05-2020, 00:01           
Koronavirus peyvəndi ilə bağlı KRİTİK AÇIQLAMA: 40 ölkə…
SARS-CoV-2 virusuna qarşı hazırlıq mərhələsində olan peyvəndlərdən 7-8 ədədi ən yaxşı namizəddir. Bununla belə, 100-dən çox namizəd var.

Bu sözləri Ümumdünya Səhiyyə Təşkilatının Baş katibi Tedros Adanom Qebreyesus deyib.

Birləşmiş Millətlər Təşkilatı İqtisadi və Sosial Şurasının video-konfransında danışan baş katib peyvəndlərin hazırlıq işlərinin sürətləndiyini qeyd edib. O, 1 həftə əvvəl 40 ölkənin liderinin, beynəlxalq təşkilatların və banlların araşdırma, müalicə və test üçün 8 milyard dollar yardım sözü verdiyini vurğulayıb. Lakin bu məbləğin kifayət etməyəcəyini, peyvənd hazırlanmasını sürətləndirmək üçün əlavə vəsaitə ehtiyac olduğunu dilə gətirib.

Qebreyesus vurğulayıb ki, peyvənd hazırlığından dünya miqyasında 400-dən çox elm adamı iştirak edir. \\Publika












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru