İtaliyada koronavirusa yoluxanların yarıdan çoxu sağalıb 13-05-2020, 21:55 İtaliyada pandemiya dövründə koronavirusa yoluxanların yarıdan çoxu sağalıb.APA TASS-a istinadla xəbər verir ki, bu barədə İtaliya Mülki Müdafiə Departamentinin məlumatında bildirilib.Qeyd edilib ki, koronavirusa yoluxan 222104 nəfərdən 112541-i sağalıb.Eyni zamanda, son sutkada 888 nəfər yoluxduğu halda 3502 nəfər sağalaraq sərbəst buraxılıb.Gün ərzində 195 nəfər koronavirusdan dünyasını dəyişib, ölənlərin ümumi sayı 31106 nəfərə çatıb. Facebook-da paylaş