Bəlkə də o beyciki çıxarmaq lazım deyildi - Putinin koronavirusa yoluxmuş sözçüsü

14-05-2020, 00:01           
Bəlkə də o beyciki çıxarmaq lazım deyildi -
Peskov və xanımı – Rusiyanın tanınmış fiqurlu konkisürəni Tatyana Navka koronavirusa yoluxduqlarını mayın 12-də bəyan ediblər

Rusiya Prezidenti Vladimir Putinin mətbuat katibi Dmitri Peskov apreldə üzərində gəzdirdiyi “virus əleyhinə” beyciki yadına salıb.

Sputnik Azərbaycan bildirir ki, yerli KİV-ə müsahibəsində Peskov deyib ki, həmin beyc indiyədək onun maşınındadır. Jurnalistlər onun zərərli olduğu barədə yazandan sonra Peskov həmin beyci çıxarıb. Siyasətçinin həmsöhbəti ehtimal edib ki, yəqin ki, virus blokatorundan can qurtarmaq lazım deyilmiş. Peskov buna: “İstisna olunmur”, - deyə cavab verib.

KİV nümayəndələri aprelin 8-də Peskovun üzərində “virus əleyhinə” beyc gəzdirdiyini sezmişdilər. Peskov həmin vaxt demişdi ki, onun effektiv olacağını düşünməsə də,hər ehtimala qarşı aptekdən alaraq üstündə gəzdirir. Jurnalistlər isə blokatorun yan təsirlərinin olduğunu – fikirlərin dolaşması və xışıltılı nəfəsə səbəb olduğunu demişdilər. Bundan iki gün sonra Putinin mətbuat katibi həmin beyci çıxarıb.

Peskov və xanımı – Rusiyanın tanınmış fiqurlu konkisürəni Tatyana Navka koronavirusa yoluxduqlarını mayın 12-də bəyan ediblər. Onlar hazırda xəstəxanada, həkim nəzarəti altındadırlar.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru