FTB Çinə casusluq edən 50 nəfəri həbs edib

14-05-2020, 05:17           
FTB Çinə casusluq edən 50 nəfəri həbs edib
2019-cu ildə ABŞ-da Çinin xeyrinə casusluqda ittiham olunan 50 nəfər həbs edilib.

“Report” xəbər verir ki, bunu Milli Əks-kəşfiyyat və Təhlükəsizlik Mərkəzinin direktoru Uilyam İvanin bəyan edib.

“Keçən il həm dövlət, həm də özəl sektor üçün əks-kəşfiyyat təhdidləri baxımından ağır hadisələr yaşadıq. Federal Təhqiqat Bürosu (FTB) Çinin Dövlət Təhlükəsizlik Nazirliyi, Xalq Qurtuluş Ordusu və Kommunist Partiyasına dəstək verən 50 şəxs barəsində həbs qətimkan tədbiri seçib.

Çin Kommunist Partiyası Amerikanın gizli məlumatlarını əldə etmək üçün bütün vasitələrdən istifadə edir, dayanmır” - deyə, o bildirib.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru