Amerikalı senatorlardan Trampa “Çinə sanksiya tətbiq etmək səlahiyyəti” verən qanun layihəsi

14-05-2020, 13:56           
Amerikalı senatorlardan Trampa “Çinə sanksiya tətbiq etmək səlahiyyəti” verən qanun layihəsi
ABŞ-dakı respublikaçı senatorlar ABŞ prezidenti Donald Trampa yeni tipli koronavirus epidemiyası ilə bağlı təhqiqatda əməkdaşlıq etmədiyi üçün Çinə sanksiya tətbiq eləmək səlahiyyəti verən qanun layihəsi təqdim edib.

Respublikaçı Lindsi Qrehem tərəfindən təqdim edilən layihəni digər respublikaçılar da dəstəkləyiblər.

Qanun layihəsində Çin rəhbərliyinin Kovid-19 virusu ilə bağlı beynəlxalq təhqiqatlarda iştirak eləməsinin mühümlüyü vurğulanır, Trampdan 60 gün içərisində Çinin səlahiyyətli şəxslərinin onlara yönəldilmiş sual və təhqiqatlara cavab verib-vermədiklərinə dair Senata hesabat təqdim edilməsi tələb edilir.

Qanun layihəsində Çin hökumətindən əməkdaşlıqla yanaşı, ölkə miqyasındakı bütün heyvan marketlərini bağlaması və Honq-Konqda epidemiyadan sonra bütün aktivistləri azadlığa buraxmasının tələb eləməsi diqqəti cəlb edib.

Şərtlərin yerinə yetirilməyəcəyi təqdirdə, Trampdan layihədə adları çəkilən bəzi Çin məmurlarının vəsaitinin dondurulması, səyahət qadağası və çinli tələbələrə viza verilməməsi kimi, sanksiya maddələrindən ən azı ikisini seçməsi tələb edilib.

Maliyyə sanksiyaları

Qanun layihəsinin iqtisadi müstəvisində isə ABŞ maliyyə mərkəzlərinin Çin mərkəzli təşkilatların və bu təşkilatlarla əməkdaşlıq edən firmalara kredit verməyi dayandırması tələb edilib, həmçinin, ABŞ-da yerləşən və Çinlə ortaqlıq payı yüksək olan firmaların ABŞ Daşınan Qiymətlər Birjasından kənarlaşdırılması nəzərdə tutulur.

Qanun layihəsində deyilir: “Prezident Tramp Çin hakimiyyətinin koronavirus ilə bağlı təhqiqatlarda əməkdaşlıq etdiyini bildirən hesabat verənə qədər sanksiyalar qüvvədə qalacaqdır”.

Hurriyyet.org












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru