Baş nazir və nazirlər məhkəmə qarşısına çıxarılır - COVID-19-a görə

14-05-2020, 13:09           
Baş nazir və nazirlər məhkəmə qarşısına çıxarılır -
Fransada yanvardan bu yana COVİD-19-la mübarizəni yaxşı idarə etmədiyi üçün Baş nazir Eduard Filipp və nazirlər haqqında məhkəmədə 63 iddia qaldırılıb.

Teleqraf.com xəbər verir ki, Fransa vətəndaşları hökumət üzvlərini ittiham edə biləcək yeganə instansiyaya - Respublika Ədalət Məhkəməsinə müraciət ediblər.

Prokuror Françiois Molnis deyib ki, barəsində ən çox iddia qaldırılan hökumət üzvləri sırasında Baş nazir Filipp, fevralda istefaya gedən Səhiyyə naziri Buzyn, indiki Səhiyyə naziri Oliver Veran, Ədliyyə naziri Nikola Bellubet, Əmək və Daxili işlər naziri Kristina Kastanerdir.

Məhkəmədə hökumət üzvlərinə qarşı iddiaları dərnəklər, tibb işçiləri həmkarlar ittifaqı, polis dərnəkləri və həbs edilən tələbələr qaldırıb.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru