"Paşinyan Rusiya qoşunlarını ölkədən çıxartmağı planlaşdırır" - Məşhur erməni publisist

15-05-2020, 11:24           
"Paşinyan Rusiya qoşunlarını ölkədən çıxartmağı planlaşdırır" -
"Paşinyan Rusiya qoşunlarını ölkədən çıxartmağı planlaşdırır"
Robert Koçaryanı kim və niyə həbsdə saxlayır?
Yeniavaz.com xəbər verir ki, bunu məşhur erməni yazıcı-publisist Vahan İşxanyan özünün “Facebook” sosial şəbəkəsindəki səhifəsində yazıb.
Vahan İşxanyan yazıb ki, Robert Koçaryanın həbsxanada saxlanılmasından kim faydalana bilər?
Erməni publisist qeyd edib ki, Koçaryanı Ermənistanı Türkiyə ilə Azərbaycan arasındakı boşluqdan çıxartmağa çalışanlar həbsxanada saxlayır və zərərsizləşdirir: “Onlar “Artsax”ı ələ keçirməyə çalışırlar. Eyni zamanda İran sərhəddinə nəzarəti ələ keçirmək və Rusiyanı zəiflətmək üçün çalışırlar. Ermənistanın təhlükəsizliyinin qarantı olan Rusiya hərbi bazalarını ölkədən çıxartmağı planlaşdırırlar”.
Vahan İşxanyan qeyd edir ki, bütün bu işlərin icraçısı da Baş nazir Nikol Paşinyandır”.













Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru