Hərb sənətində yenilik: "Su-57" qırıcısı pilotsuz idarə olunacaq

16-05-2020, 22:56           
Hərb sənətində yenilik: "Su-57" qırıcısı pilotsuz idarə olunacaq
2019-cu ilin sonunda Rusiyanın beşinci nəsil "Su-57" qırıcısının istehsalı başlayıb. 2028-ci ilədək Rusiya Federasiyasının aerokosmik qüvvələrinə 76 belə qırıcı veriləcək.

Rusiya istehsalı olan 5-ci nəsil "Su-57" tipli qırıcılar pilotsuz rejimdə uçuşları sınaqdan keçirəcək. Bu barədə Rusiya Müdafiə-sənayesi kompleksində olan mənbə bildirib.

"T-50 uçan laboratoriyasında pilotsuz rejim testdən keçirilir. Pilot təyyarənin göyərtəsində olur, lakin o yalnız bütün funksiyaların yerinə yetirilməsinə nəzarət edir", – deyə məlumatda bildirilir.

Qeyd edək ki, 2019-cu ilin sonunda Rusiyanın beşinci nəsil "Su-57" qırıcısının istehsalı başlayıb. 2028-ci ilədək Rusiya Federasiyasının aerokosmik qüvvələrinə 76 belə qırıcı veriləcək.

"Su-57" qırıcısı əla uçuş və döyüş göstəricilərinə görə analoqu olan Amerikanın beşinci nəsil "F-22" və "F-35" təyyarələrini üstələyir. Rusiya təyyarəsi səs sürətini forsaja keçmədən üstələyə bilir.

"Su-57" top silahlarından istifadə etməklə yüksək manevrli yaxın döyüş apara, həmçinin ortamənzilli və böyükmənzilli raketlərin geniş spektrindən istifadə edə bilir.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru