Dünya 25 ildir onu axtarırdı: 800 min insanın qatili tutuldu - Şok təfərrüat q

17-05-2020, 01:24           
Dünya 25 ildir onu axtarırdı: 800 min insanın qatili tutuldu - Şok təfərrüat
Ruandada soyqırım törətmək ittihamı ilə 25 ildir axtarılan ruandalı iş adamı Felisena Kabuqa Fransada həbs edilib.

Teleqraf.com xəbər verir ki, bu barədə "Röyter" agentliyi bildirib.

1997-ci ildə Kabuqa BMT-nin Beynəlxalq tribunalı tərəfindən Ruandada yerli əhalinin soyqırımı ilə əlaqəli yeddi maddə üzrə ittiham edilib.

"Soyqırımda günahkar olanlar cinayətlər törədildikdən 26 il sonra da məsuliyyətə cəlb edilə bilər", - deyə Fransanın baş prokuroru Serj Brammerts Kabuqanın həbsini şərh edərkən deyib.

Fransa rəsmiləri bildirib ki, 84 yaşlı ruandalı Paris ətrafındakı bir mənzildə saxta bir ad altında yaşayır və övladları onun yerini gizli saxlamağı təmin edirdilər.

"Bu gün həbs edilən Felisien Kabuqa 1994-cü ildə Ruandadakı tutsi xalqına qarşı soyqırımında əsas rol oynamaqda günahlandırılır. O, dünyanın ən çox axtarılan cinayətkarlardandır", - soyqırımını araşdıran mhkmədən bildiriblər.

Forbes-in məlumatına görə, 2011-ci ildə Kabuqa FTB tərəfindən axtarılan dünyanın ən təhlükəli 10 kriminal lideri siyahısına düşüb. ABŞ hakimiyyəti Kabuqanın həbsinə səbəb ola biləcək məlumatlara görə 5 milyon dollar mükafat vəd edib.

1993-1994-cü illərdə Ruandada tutsi xalqı və hutu siyasətçilərinə qarşı soyqırımı zamanı 800 min nəfər öldürülüb.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru