Abedən çağırış: ÜST-lə bağlı istintaq başladıla bilər

17-05-2020, 02:47           
Abedən çağırış: ÜST-lə bağlı istintaq başladıla bilər
Yaponiya koronavirusun yayılması ilə əlaqədar Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) ilk reaksiyasına görə istintaq başladılması üçün çağırış edəcək.

Axar.az xəbər verir ki, bu baradə Yaponiyanın Baş naziri Şinzo Abe deyib. O bildirib ki, Yaponiya Avropa Birliyi ilə birlikdə ədalətli, müstəqil və hərtərəfli bir araşdırma aparılmasını təklif edəcək.

Yaponiyanın Xarici İşlər naziri də istintaqın müstəqil qurum tərəfindən aparılmasının vacib olduğunu bildirib.

Qeyd edək ki, ÜST-ün Çinin ilkin dövrdə epidemiyanın qarşısını ala biləcək kritik məlumatları gizlətməsi iddialarına səhlənkarlıqla yanaşması barədə müzakirələr aparılır. ÜST-nin baş direktoru Tedros Adhanom Qebreyesus isə bu iddialara cavab olaraq virusu siyasiləşdirməməyə çağırıb.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru