ABŞ və Rusiya razılaşdı

18-05-2020, 09:16           
ABŞ və Rusiya razılaşdı
Rusiya və ABŞ Suriya məsələsi ilə bağlı razılığa gəlib və Türkiyə regionda aktiv şəkildə fəaliyyətini davam etdirəcək.

Sosialxəbər.az xəbər verir ki, bu sözləri YPG nümayəndəsi Bedran Çiya deyib.

O bildirib ki, tərəflər İsraildə Suriyanın taleyi ilə bağlı mühüm qərara imza atıb:

“Əslində, bu razılaşmanın təməli bir il öncə qoyulub. Biz məsələ ilə bağlı strateji qərarların verildiyini düşünürük. Zənnimizcə, Rusiya İranın Suriyadan çıxarılmasını qəbul edib. Digər tərəfdən, Əsədin də getməsi ilə razılaşıblar. Üçüncüsü isə Rusiya İdlibin Türkiyənin nəzarətində qalmasını təsdiqləyib. Heyəti Təhrir əş-Şam xaric, digər qrupların İdlibdə olmasına “hə” deyib. Türkiyənin hərbi obyektlərinin orada qalması məsələsi də razılaşdırılıb. Bu, NATO-nun istəyidir. İki güc anlaşıb”.

Çiya bildirib ki, razılaşmalarda bütün tərəflərin mənafeyi nəzərə alınıb.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru