Şahzadə Harri 11 il kredit ödəyəcək

19-05-2020, 00:00           
Şahzadə Harri 11 il kredit ödəyəcək
Şahzadə Harri Meqan Markl ilə toylarından sonra kraliça II Elizabetin hədiyyə etdiyi Froqmor Haus malikanəsində edilən dəbdəbəli təmir işlərinə görə Böyük Britaniya xəzinəsinə uzun illər kredit ödəmək məcburiyyətində qalıb.


Teref.az xəbər verir ki, cütlük malikanənin vəziyyətindən tam razı qalmadığına görə təmir işlərinin başlamasını lazım bilib. Nəticədə interyerin dizaynı yenilənib, yeni istilik, qaz və su təchizatı sistemi quraşdırılıb və bütün bunlar 2,4 milyon funt sterlinqə başa gəlib.


Meqan və Harri kral ailəsindən ayrılan zaman bu məbləği tam qaytarmağa söz veriblər. Üstəlik, Harrinin artıq bu pulu hissə-hissə ödəməyə başladığı bildirilir: şahzadə hər ay 18 min funt sterlinq ödəyəcək. Borcu tam ödəmək üçün 11 il vaxt lazım gələcək.


Xatırladaq ki, vəliəhdlər növbəsində altıncı olan şahzadə Harri və həyat yoldaşı Meqan Markl yanvarın 8-də kral ailəsinin böyük üzvü statusundan imtina edərək maliyyə cəhətdən müstəqil olmaq niyyətində olduqlarını “Instagram” vasitəsilə bildiriblər.(report.az)












Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.