Çinin koronadan qazancı: Dünya belə aldadılır...

19-05-2020, 09:24           
Çinin koronadan qazancı:
Mart ayından bəri Çin ölkə xaricinə 18,9 milyard dollarlıq tibbi ləvazimatlar satıb.

Axar.az xəbər verir ki, bu ləvazimatlar arasında 50,9 milyard maska, 216 milyon qoruyucu geyim, 162 milyon test, 72 min 700 ədəd tənəffüs aparatı var.

Belə ki, Çinin əsas alıcıları ABŞ, İtaliya, Almaniya, Fransa və Yaponiya olub.

Digər tərəfdən, çinlilərin Almaniyaya satdığı maskaların 1/5-nin saxta olduğu müəyyən edilib. Almaniyanın Səhiyyə Nazirliyi qoruyucu maskaların standartdan kənar olduğunu açıqlayıb.

Türkiyə, Böyük Britaniya, Niderland, Avstraliya kimi ölkələrin də Çindən aldığı müəyyən tibbi ləvazimatların qeyri-standart olduğu bildirilmişdi.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru