RUSİYA DA ÜZ ÇEVİRDİ – Çin meydanda tək qalacaq?

19-05-2020, 10:32           
RUSİYA DA ÜZ ÇEVİRDİ – Çin meydanda tək qalacaq?
Dünyada pandemiyaya çevrilmiş yeni tipli koronavirus xəstəliyinin yayılması ilə bağlı müstəqil hüquqi təhqiqat aparılması çağırışını dəstəkləyən 100-ə yaxın ölkənin sırasına Rusiya da qoşulub.

Avropa İttifaqı tərəfindən hazırlanan qanun layihəsinin Ümumdünya Səhiyyə Təşkilatının ən yüksək səviyyəli qərar orqanı olan Ümumdunya Səhiyyə Şurasının bu gün İsveçrənin Cenevrə şəhərində keçiriləcək illik iclasına təqdim ediləcəyi gözlənilir.

CNN televiziyası məsələni aktuallaşdıran ilk ölkə olan Avstriyanın çağırışı əsasında hazırlanan layihəni Pekinin ənənəvi müttəfiqi olan Moskvanın da dəstəkləməsinin kritik əhəmiyyət daşıdığını və bunun Çinin meydanda tək qalmasına səbəb ola biləcəyini vurğulayıb.

Çin salğının çıxış mənbəyi və yayılmasından sonrakı mövqeyinin təhqiq edilməsini tələb edən Avstriyanı “məsuliyyətsizlikdə” ittiham edib və bunun “epidemiya ilə mübarizə üçün əməkdaşlığı baltalayacağı” barəsində xəbərdarlıq edib.

Aparılacaq təhqiqatın epidemiyanın haradan başlandığı, Çinin xüsusilə ilk günlərdə xəstəliklə bağlı məlumatların nə qədərini paylaşdığı kimi məsələri aşkara çıxaracağı gözlənilir.












Teref.info © 2015
E-mail: [email protected]            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.