ABŞ-da koronavirus əleyhinə peyvənd insan üzərində uğurla sınanıb

19-05-2020, 11:02           
ABŞ-da koronavirus əleyhinə peyvənd insan üzərində uğurla sınanıb
ABŞ-da koronavirus əleyhinə yaradılmış peyvənd insan üzərində uğurla sınaqdan keçirilib.

“Report” “Qazeta.ru”ya istinadən xəbər verir ki, sınaqların nəticələri barədə “Moderna” şirkəti məlumat yayıb.

Preparatın klinik sınaqları martın 16-da başlayıb. Sınaqda iştirak edənləri (45 nəfər) peyvəndin müxtəlif dozalarını qəbul edən bir neçə qrupa bölüblər. Müəyyən edilib ki, az miqdarda doza qəbul edən insanlarda artıq virusa yoluxub sağalan insanlardakı qədər antikor formalaşıb. Yüksək doza ilə peyvənd olunanlar isə COVID-19 ilə bağlı müalicədən sağalanlara nisbətən daha çox antikora sahib olublar.

Şirkətdən qeyd ediblər ki, artıq iyul ayında sınaqların üçüncü mərhələsinə başlanılması üçün hazırda peyvənd üzərində intensiv işlər görülür. “Müvəffəq olsaq, preparatın hazırlanmasına lisenziya alınması üçün müraciət edəcəyik”, - şirkət rəhbəri Stefan Bansel deyib.












Teref.info © 2015
E-mail: [email protected]            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.