186 tibb işçisi koronavirusdan öldü - Rusiyada

19-05-2020, 19:13           
186 tibb işçisi koronavirusdan öldü - Rusiyada
Rusiyada koronavirusdan ölən hər 15 nəfərdən biri tibb işçisidir.

Cebhe.info xəbər verir ki, Rusiya həkimləri tərəfindən koronavirusdan ölən həmkarlarının xatirəsinə yaradılan “Xatirə siyahısı” layihəsində onların adları yazılıb.

Bildirilib ki, jurnalistlər siyahıdakı 222 addan 186-nın tibb işçisi olduğunu təsdiqləyib. Ölən səhiyyə işçilərindən 16-sı Moskva ətrafının, 14-ü isə Sankt-Peterburqun sakinləridir.

Məlumata görə, ölkə üzrə COVID-19-dan azı 186 tibb işçisi ölüb. Başqa sözlə, pandemiya nəticəsində ölənlərin ümumi sayının 7 faizi onların payına düşür.

Qeyd edək ki, Rusiyada COVID-19-a yoluxanların sayı 299 941 nəfərə çatıb. Virusdan ölənlərin sayı isə 2 837-yə yüksəlib.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru