İtaliyada restoranlar və mağazalar açıldı

19-05-2020, 21:40           
İtaliyada restoranlar və mağazalar açıldı
İtaliyada karantin qaydalarının bir qismi ləğv edilib.

Unikal.org xəbər verir ki, artıq ölkədə restoranlar və mağazalar fəaliyyətə başlayıb. Geyim mağazalarının 90%-i, restoranların 70%-i fəaliyyətini bərpa edib.

Əlavə olaraq, bazar ertəsi verilən qərardan sonra pərakəndə satış mağazaları, restoran və barlar, gözəllik salonları və bərbərlər də açılıb.

Qeyd edək ki, İtaliyada mart ayından etibarən ciddi karantin qaydaları tətbiq edilirdi.












Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.