Tramp Nümayəndələr Palatası spikerinin başında problem olduğunu deyib

20-05-2020, 01:02           
Tramp Nümayəndələr Palatası spikerinin başında problem olduğunu deyib
ABŞ prezidenti Donald Tramp respublikaçılarla görüşündə rəqibi, Nümayəndələr Palatasının spikeri Nensi Pelosi ilə mübahisə edib."Report" TASS-a istinadən xəbər verir ki, ABŞ lideri bundan əvvəl onun artıq çəkidən əziyyət çəkdiyini bəyan edən Pelosinin başında problem olduğunu deyib.

"Prezidentə qarşı sui-istifadə heç kimə qarşı olmayıb. Demokratlar və şərəfsiz Federal Təhqiqat Bürosunun əməkdaşları nə edib. Federal Təhqiqat Bürosunun əməkdaşları - əla insanlardır, onlar Donald Trampı sevirlər, amma büronun rəhbərliyi satqın və pis adamlardır", - ABŞ prezidenti qeyd edib.

Tramp iddia edib ki, "Rusiya işi" - quraşdırılmış, hazırlanmış məsələdir.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru