Bu cəza ləğv edildi - QƏRAR

20-05-2020, 10:11           
Bu cəza ləğv edildi - QƏRAR
Səudiyyə Ərəbistanında intizam məqsədilə tətbiq olunan qırmanc cəzası ləğv edilib.

“HaberGlobal” bu barədə ölkənin Ədliyyə Nazirliyinə istinadən məlumat yayıb.
Qərara əsasən, intizam məqsədilə alternativ cəzalardan istifadə ediləcək.

Ədliyyə naziri Velid əs-Samani bununla bağlı məhkəmələrə əmr göndərdiyini açıqlayıb.

O, bütün məhkəmələrə qırmanc cəzası əvəzinə səlahiyyətli orqanlar tərəfindən təyin ediləcək həbs, cərimə və ya alternativ cəzaların verilməsi ilə bağlı çağırış edildiyini bildirib.

Samani qırmanc cəzasının iki növünün olduğunu, bunlardan biri hökm çıxarıldığı zaman açıq şəkildə, digərinin isə intizam və ya cinayətin qarşısını almaq məqsədilə tətbiq edildiyini vurğulayıb.

Onun sözlərinə görə, bəzi insan haqları təşkilatları qırmancla cəzalandırmanın insanın hüquqlarına və qüruruna zidd olduğunu qeyd edirlər.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru