Parlament sədrinin adı korrupsiya qalmaqalında - Anası və arvadı ilə birgə - Foto

21-05-2020, 00:00           
Parlament sədrinin adı korrupsiya qalmaqalında -
Rusiya Dövlət Dumasının spikeri və onun gənc arvadının adı korrupsiya qalmaqalında hallanır.

Reyting.az “İnsider”-ə istinadla xəbər verir ki, Vyaçeslav Volodin gənc arvadı ilk dəfə diqqət mərkəzinə düşüb. O, Volodinin 84 yaşlı təqaüdçü anası Lidiya Barabanovanın adına yarım milyard rublluq iki mərtəbəli mənzili qeydiyyatdan keçirib.

2018-ci ilin avqustunda da pensiyaçı qadının adı hallanmışdı. O vaxt üzə çıxan mənzil 230 milyon rubl dəyərində idi. Məlum olub ki, ictimai qalmaqaldan cəmi bir ay sonra Barabanova əmlakını genişləndirib.

Demək olar ki, bütün ömrü boyu Volodin rəsmi olaraq müxtəlif dövlət vəzifələrində çalışıb və sahibkarlıqla məşğul olmaq hüququ olmayıb.


Smolensk vilayətindəki kənd təsərrüfatı şirkətləri də daxil olmaqla, biznes aktivləri yaşlı anasının adına yazılır. O cümlədən "İnvest Holdinq"də Barabanova 51 faizə sahibdir.

Spiker 33 yaşlı arvadı Yana Polyakina ilə hələ rəsmi şəkildə evlənməyib. Lakin qadının adına “Cadillac Escalade”, “Porsche Macan” və “Honda CR-V” markalı avtomobillər alınması barədə məlumatlar var.

Volodinin bir neçə elit mənzili, eyni zamanda, Moskva vilayətinin İstra rayonunda bir malikanəsi var (152 milyon rubl). Ailəsinin son 11 ildə ümumi elan edilmiş gəliri 722 milyon təşkil edib.

Aleksey Navalnının komandası Dövlət Duması sədrinin mürəkkəb biznes fırıldaqlarını ifşa edib.












Teref.info © 2015
E-mail: [email protected]            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.