Çin siçan, kobra və başqa heyvanların satışına qarşı hərəkətə keçdi

20-05-2020, 23:32           
Çin siçan, kobra və başqa heyvanların satışına qarşı hərəkətə keçdi
Çin koronavirusun ortaya çıxmasından sonra dünya gündəminə düşmüş məşhur vəhşi heyvan bazarlarının fəaliyyətinin məhdudlaşdırılması istiqamtində müvafiq tədbirlər görmək niyyətindədir.

Qaynarinfo xarici mətbuata istinadən xəbər verir ki, hökumət virus mənbəyi hesab edilən vəhşi heyvanların bəslənilməməsi qarşılığında fermerlərə maliyyə yardımı etməyi planlaşdırır. Beləliklə, epidemiyanın başlanğıc yeri olan Hubey əyaləti ilə qonşu olan Hunanda 1 kiloqram kobra və ya zınqırovlu ilan qarşılığında 120, bambu siçanı üçün 75 yuan ödəniləcək. SARS virusunun insanlara keçməsində vasitəçi olduğu düşünülən Civet üçünsə 600 yuan veriləcək.

Digər bir tərəfdən Pekin Ali Genom İnkişaf Mərkəzinin direktoru Sunney Xie Kovid-19-a qarşı yeni dərman hazırladıqlarını və heyvanlar üzərində müsbət nəticə əldə edildiyini elan edib.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru