Almanlar Baffeti necə aldatdı? - 800 milyonluq fırıldaq

21-05-2020, 11:00           
Almanlar Baffeti necə aldatdı? - 800 milyonluq fırıldaq
Almaniyanın paslanmaz polad istehsalçısı “Vilhelm Şults” şirkətinin keçmiş rəhbərliyi böyük fırıldaqçılıqda şübhəli bilinir.

Axar.az xəbər verir ki, bu məlumatı “Financial Standard” qəzeti yayıb. Məlumata görə, şirkət rəhbərliyinin qurbanlarından biri amerikalı məşhur milyarder Uorren Baffet olub.

Qəzetin məlumatına görə, bir neçə əvvəl şirkətin sahibləri kompaniyanın maliyyə vəziyyəti barədə sənədləri fotoşop vasitəsilə saxtalaşdırıb. 2017-ci ildə isə məhz bu sənədlər vasitəsilə Baffetin “Berffhire Hathaway Inc” şirkəti “Vilhelm Şultz”u 800 milyon avroya əldə edib. Bundan sonra Baffetin şirkətinə sənədlərin və hesabatların saxtalaşdırılmasına dair anonim məlumatlar daxil olmağa başlayıb. Aparılan araşdırmalardan müəyyən olunub ki, Baffet çiçəklənən şirkət yerinə, bankrot ərəfəsində olan kompaniya alıb.

Nyu York Arbitraj Məhkəməsi artıq alman şirkətinin 157 milyon avrodan baha olmadığını müəyyən edib və şirkətin keçmiş sahiblərinin Baffetə 643 milyon avro kompensasiya ödəmələrinə dair qərar qəbul edib.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru