Çinin hərbi büdcəsi 178 milyard ABŞ dolları təşkil edəcək

22-05-2020, 07:21           
Çinin hərbi büdcəsi 178 milyard ABŞ dolları təşkil edəcək
Çin bu il ölkənin müdafiə xərcləri üçün nəzərdə tutulan büdcəsini 6,6 faiz çoxaltmağı planlaşdırıb.

“Report” “TASS”a istinadən xəbər verir ki, ölkənin 2020-ci il üçün müdafiə xərcləri 178,8 milyard ABŞ dolları səviyyəsində müəyyənləşdirilib.

Bildirilir ki, artım ölkənin milli təhlükəsizliyinin yaxşılaşdırılmasına və orduda islahatların davamının təminatına yönəldiləcək.

“Müdafiə və silahlı qüvvələr sahəsində islahatlar dərinləşdirilməli, ordunun silahlandırılması artırılmalı, müdafiə sahəsində elmi və texnikanın innovativ inkişafı təbliğ olunmalıdır”-deyə, məlumatda qeyd olunub.

Qeyd edək ki, Çinin 2019-cu il üçün müdafiə xərcləri 1,19 trilyon yuan (177,61 milyard ABŞ dolları) səviyyəsində olub.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru