Acarıstan “yaşıl zona” elan edildi

24-05-2020, 00:01           
Acarıstan “yaşıl zona” elan edildi
Gürcüstanın Acarıstan Muxtar Respublikası (MR) “yaşıl zona” elan olunub.

“Report”un yerli bürosu xəbər verir ki, bu barədə MR-in hökumət başçısı Tornike Rijvadze keçirdiyi brifinqdə bildirib.

Onun sözlərinə görə, aprelin 30-dan etibarən artıq 23 gündür bölgədə koronavirusa yeni yoluxma halı qeydə alınmayıb: “İnfeksiyaya yoluxan son iki şəxs xəstəxanada müalicə olunub və artıq evə buraxılıb”.

T.Rijvadze qeyd edib ki, Acarıstanın “yaşıl zona” statusunu geri qaytarması turizm mövsümünə başlamaq baxımından olduqca önəmlidir.

Qeyd edək ki, Acarıstanda COVID-19-a ilk yoluxma faktı martın 14-də qeydə alınıb. MR-də virusa ümumilikdə 71 nəfər yoluxub, onların 1-i ölüb.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru