ABŞ G7 sammitinin vaxtını dəyişdi

25-05-2020, 00:03           
ABŞ G7 sammitinin vaxtını dəyişdi
ABŞ Prezidenti Donald Tramp bundan öncə bəyan eləmişdi ki, “Böyük yeddiliyin” sammitinin Vaşinqton yaxınlığındakı Kemp-Devid iqamətgahında keçirilməsi imkanını nəzərdən keçirir

ABŞ Vaşinqtonda gələn ayın 10-da keçirilməsi planlaşdırılan G7 sammitinin vaxtını koronavirus pandemiyasına görə iyunun sonuna keçirib. Sputnik Azərbaycan RİA Novosti-yə istinadən bildirir ki, bu barədə Prezident Donald Trampın milli təhlükəsizlik üzrə müşaviri Robert O`Brayen deyib.

“G7 sammiti əgər şəxsi formatda keçərsə (yəni biz fikirləşirik ki, o keçiriləcək), o zaman iyunun sonunda baş tutacaq. Hesab edirəm ki, biz (koronavirusa yoluxmanın) pik həddinə yaxınıq, bəlkə də Vaşinqtonda artıq onun üzərindəyik”, - deyə O`Brayen CBS telekanalına müsahibəsində bildirib.
Onun sözlərinə görə, G7-nin bütün liderləri videokonfransdansa şəxsi görüşü üstün tuturlar.

“Biz liderlərin buraya, Vaşinqtona gələ bilmələri üçün əvvəlcə hər kəsin (koronavirus) testindən keçəcəyinə, şəraitin təhlükəsiz olacağına əmin olmalıyıq. <…> Biz iyunun sonunu ona görə nəzərdən keçiririk ki, dünya liderlərinin logistikasına uyğun olsun, tədbirin planlaşdırılması və təhlükəsizliyin təminatı detallarını təmin edə bilək”, - O`Brayen əlavə edib.

ABŞ Prezidenti Donald Tramp bundan öncə bəyan eləmişdi ki, “Böyük yeddiliyin” sammitinin Vaşinqton yaxınlığındakı Kemp-Devid iqamətgahında keçirilməsi imkanını nəzərdən keçirir və bunu pandemiyadan “qurtulmaq” rəmzi kimi görür.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru