Bezos öz rekordunu qırdı: Sərvəti 172 milyard dollara çatdı

3-07-2020, 22:06           
Bezos öz rekordunu qırdı:
Dünyanın ən varlı adamı, "Amazon" şirkətinin sahibi Cef Bezosun sərvəti 172 milyard dollara çatıb.

Qaynarinfo BBC-yə istinadən xəbər verir ki, beləliklə Bezosun sərvəti keçmiş həyat yoldaşı MakKenzi Bezosdan boşanmamışdan əvvəlki səviyyəsini də ötüb. Buna səbəb pandemiya ilə əlaqədar olaraq onlayn satışların önəmli ölçüdə artmasıdır.

İşçilərin iş təhlükəsizliyi və ödənişlərlə bağlı tənqidlərə məruz qalan "Amazon" bu həftə çalışanlarına yarım milyard dollar mükafat paylayacağını açıqlayıb.

Boşandıqdan sonra soyadını dəyişdirməyən MakKenzi Bezos isə 57 milyard dollarla dünyanın ən varlıları siyasında 12-ci pillədədir. Bu il onun sərvətinin 20 milyard dollar artdığı bildirilib.

Qeyd edək ki, Cef Bezos "Amazon"u 1995-ci ildə 100 min dollar sərmayə ilə yaradıb.












Teref.info © 2015
E-mail: [email protected]            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.