“Unicapital”ın biznesində 51 milyonluq daralma - Birjada ən böyük itki

16-05-2024, 17:31           
“Unicapital”ın biznesində 51 milyonluq daralma - Birjada ən böyük itki
2024-cü ilin yanvar-aprel aylarında “Unicapital İnvestisiya Şirkəti”nin “Bakı Fond Birjası”nda apardığı əməliyyatların həcmi 1480 əqd üzrə 1,11 milyard manat təşkil edib.

İqtisadiyyat.az-ın hesablamasına görə, investisiya şirkətinin birja əməliyyatları son bir ildə 4% və ya 50,6 milyon manat azalıb.

Belə ki, 2023-cü ilin eyni dövründə “Unicapital”ın dövriyyəsi 1,16 milyard manat təşkil edib.

Qeyd edək ki, “Unicapital” bu ilin ilk dörd ayında BFB-də dövriyyəsi ən çox azalan investisiya şirkətidir.

İnvestisiya şirkətinin birja əməliyyatlarının 601 milyon manatı repo, 180,9 milyon manatı dövlət qiymətli kağızlarının, 50,9 milyon manatı Mərkəzi Bankın istiqrazlarının, 278 milyon manatı korporativ istiqrazların payına düşüb. İnvestisiya şirkəti səhmlər üzrə aprel ayında hər hansı əməliyyat icra etməyib.

Xatırladaq ki, “Unicapital İnvestisiya Şirkəti” 2007-ci ildə yaradılıb,şirkətin 100% səhmdarı “Unibank”dır.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru