Husilər ABŞ-nin daha bir esminesinə hücum həyata keçirdilər

16-05-2024, 16:34           
Husilər ABŞ-nin daha bir esminesinə hücum həyata keçirdilər
Yəmənin “Ənsar Allah” (husilər) hərəkatının üzvləri Qırmızı dənizdə ABŞ-yə məxsus esminesə raket zərbəsi endiriblər.

Bu barədə husilərin hərbi nümayəndəsi Yəhya Səriya bildirib.

Onun sözlərinə görə, “USS Mason” esminesinə gəmi əleyhinə raketlərlə hücum həyata keçirilib.

Səriya əlavə edib ki, husilər həmçinin Qırmızı dənizdə İsrailin Eylat limanına doğru yollanan “Destiny” ticarət gəmisinə raket zərbəsi endiriblər.
Husilərin hərbi nümayəndəsi “USS Mason” esminesinə və “Destiny” gəmisinə birbaşa zərbələr qeydə aldıqlarını iddia ediblər.

Xatırladaq ki, aprelin sonunda husilər ABŞ-nin iki esminesinə və iki yük gəmisinə hücum etmişdilər.

Mənbə: Regnum.ru












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru