Şəhid ailəsinə mənzil üçün zirzəmini ayıran Yasamal icra hakimiyyətinə deputatdan etiraz: - “Belə münasibət qəbuledilməzdir”

16-05-2024, 18:34           
Şəhid ailəsinə mənzil üçün zirzəmini ayıran Yasamal icra hakimiyyətinə deputatdan etiraz: - “Belə münasibət qəbuledilməzdir”
“Yasamal rayonu, Abbas Mirzə Şərifzadə küçəsi 182 ünvanında yerləşən beşmərtəbəli binanın zirzəmisinin şəhid ailəsinə ev tikmək məqsədi ilə ayrılması başadüşülən deyil. Şəhidlər bizim üçün müqəddəs və unudulmazdır. Cənab Prezident İlham Əliyev və dövlətimiz tərəfindən şəhidlərin adına, onların ruhuna ehtiram, şəhid ailələrinə göstərilən qayğı və diqqət sonsuzdur”.

Bu sözləri Pravda.az-a açıqlamasında Milli Məclisin Aqrar siyasət komitəsinin sədri Tahir Rzayev deyib.

Deputat bildirib ki, zirzəmi normal həyat şəraiti üçün əlverişli olmadığı kimi, həm də orada tikinti işlərinin aparılması bina üçün təhlükəlidir: “Bu məsələdə uyğunsuzluq var. İlk növbədə şəhid ailəsinə qarşı belə münasibət qəbuledilməzdir. Sözsüz ki, bu uyğunsuzluq qanunauyğun şəkildə aradan qaldırılmalıdır!”












Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.