Britaniya həbsxanalarında yer çatışmazlığına görə bəzi məhbuslar azad olunacaqlar
16-05-2024, 17:54
Böyük Britaniya hökuməti ölkə həbsxanalarında sıxlıq olduğu üçün bəzi cinayətkarları müvəqqəti olaraq azad etmək qərarına gəlib. Bizimyol.info xəbər verir ki, bu barədə “Reuters” məlumat yayıb.
Bundan əlavə, cəzaçəkmə müəssisələrində sıxlığın yaranması ilə mübarizə məqsədilə həyata keçirilən fövqəladə tədbirlər çərçivəsində bəzi məhkəmə iclasları təxirə salınacaq. Agentlik bildirir ki, daha uzun həbs cəzaları və ağır cinayətlərə daha sərt yanaşma fonunda İngiltərə və Uelsdə son 30 ildə məhbusların sayı iki dəfə artıb.
Britaniyanın baş naziri Rishi Sunakın sözçüsü bildirib ki, vaxtından əvvəl azadlığa buraxılma yalnız cəza müddəti bitmək üzrə olanlara şamil ediləcək. Agentlik yazır ki, azadlığa çıxan şəxslər həbsxanalarda buraxılsalar da, müvafiq qurumların ciddi nəzarət altında olacaqlar.
Bu tədbirin terrorizm, cinsi təcavüz və ya ciddi zorakılığa görə məhkum olunmuş cinayətkarlara şamil edilməyəcəyi qeyd edilib. Həbsxana müdirləri də bəzi məhbusların azadlığa buraxılmasına mane ola bilər.
“Reuters”in Ədliyyə Nazirliyinin bəyanatına istinadən verdiyi məlumata görə, zaminə buraxılması rədd edilən məhbuslar polis bölməsində həbsdə qala biləcəklər.