"Tamamilə Rusiyaya yaraşan hadisədir" - REAKSİYA

16-05-2024, 18:57           
"Tamamilə Rusiyaya yaraşan hadisədir" - REAKSİYA
“Nikol Paşinyan hakimiyyətdə qalsa da, getsə də, KQB (Rusiya Federal Təhlükəsizlik Xidməti – red.) onu öldürəcək”.
Bu iddia ilə Ermənistanın “Tseqakron” partiyasının rəhbəri Şant Arutyunyan çıxış edib.
Ş.Arutyunyan baş nazirin Rusiyaya son səfərinə diqqət çəkib:
“Nikol Moskvaya getdi. Putin dedi, sən qanuni şəkildə seçilmiş lidersən, get, nə istəyirsən et. Əslində, Paşinyan hələ 2021-ci ildə vəzifədən gedəcəkdi. Lakin ABŞ və Fransa buna mane oldular. Ümumiyyətlə, son mərhələ onun öldürülməsidir. KQB Nikol Paşinyanı öldürəcək. Onun hakimiyyətdə qalması, yaxud uzaqlaşdırılmasının fərqi yoxdur. Bu, baş verəcək”.

Arutyunyanın fikirlərini şərh edən politoloq Natiq Miri “Sherg.az”a söyləyib ki, belə bir sui-qəsd hadisəsi Rusiya xüsusi xidmət orqanları üçün spesifik hadisədir:

“Rusiya özünün vətəndaşlarına, dövlət məmurlarına və KQB-nin istefada olan zabitlərinə qarşı bu cür terror hadisəsi törədib. Hazırda da bu proses davam edir və tamamilə Rusiyaya yaraşan hadisədir. Çünki SSRİ dönəmində olduğu kimi KQB bu gün də eyni mahiyyətlə çıxış edir. Əgər sözügedən terror hadisəsini həyata keçirmək mümkün olsaydı, Rusiya çoxdan Nikol Paşinyan hakimiyyətini məhv edərdi. Arutyunyanın açıqlaması Nikol Paşinyanın hakimiyyətdən getməsi və öldürülməsi ilə bağlı məsələni ictimai fikirdə legitimləşdirməkdən ibarətdir. Ermənistanda illər boyu baş verən etirazlar fonunda hər zaman qalib gələn tərəf Paşinyan və hökumətidir. Bu isə Paşinyanı devirməyin mümkünsüz olduğunu göstərir. Arutyunyan isə həmin fikri yox etməyə cəhd edir və demək istəyir ki, Paşinyan məğlubedilməz deyil. Xalqı buna inandırmaqla etirazlara cəlb etmək niyyəti güdür”.












Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.