“ABŞERONDA YOL POLİSİ KÜRƏKƏNİMDƏN 2500 MANAT RÜŞVƏT TƏLƏB EDİB” – “DİN-ə müraciət etdim deyə, kürəkənimi “avtoxuliqan” kimi cərimələdilər”

15-05-2024, 18:58           
“ABŞERONDA YOL POLİSİ KÜRƏKƏNİMDƏN 2500 MANAT RÜŞVƏT TƏLƏB EDİB” –
Bakı şəhər sakini Şirinov Zakir Nəsir oğlu tərəfindən Hurriyyet.az saytının redaksiyasına şikayət məktubu daxil olub. Şikayətçi iddia edir ki, yol polisi kürəkəni Hüseynli Kamil Hüseyn oğlundan qanunsuz olaraq 2500 AZN rüşvət alıb:

“Mən, Şirinov Zakir Nəsir oğlu, yazaraq sizdən xahiş edirəm ki, problemimizi işıqlandırasınız.

Belə ki, kürəkənim Hüseynli Kamil Hüseyn oğlu 24.04 2024-cü ildə Abşeron rayonunun Məhəmmədi kəndində əmisi oğlunun avtomoboli ilə yataq xəstəsi olan atası ücün aptekdən dərman almağa gedib. Həmin vaxt məcbur olaraq 1.6 yaşlı uşağı qucağına alır. Əmisi oğlunun avtomobilini etibarnaməsi olmadan idarə edən kürəkənim küçənin başında YPX əməkdaşı ilə rastlaşır. Bunu görən Abşeron YPX əməkdaşı avtomobili saxlamağı tələb edir. Kürəkənim avtomobili saxlamayaraq, 50 metrlik məsafəsi olan öz küçələri ilə evlərinə qayıdır.

Abşeron YPX əməkdaşı olan Bahadır Aslanov evə gələrək, əmioğlanlarını YPX binasına, avtomobili isə cərimə meydançasına apartdırır. Orada kürəkənimdən 2500 manat pul tələb edir. Kürəkənim mənə zəng vurub hadisəni danışdı və dedi ki, yol polisi Bahadır Aslanov ondan 2 500 manat pul istəyir...

Mən sizin sayt vasitəsilə Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Dövlət Yol Polisi İdarəsinin rəisi, polis general-mayoru Ramiz Zeynalova müraciət edirəm. Xahiş edirəm ki, bu məsələyə biganə yanaşmasın, tədbir görülməsi ilə bağlı müvafiq qurumlara göstəriş versin. Yoxsa, belə polis əməkdaşları “qara camaatı” yaman günə qoyacaq.

Əlbəttə, kürəkənim qaydaları pozub. Amma yol polisləri hər qayda pozuntusuna görə 2500 AZN alsalar, rüşvətxorluğu yaymış, təbliğ etmiş olurlar.

Hadisədən sonra biz dərhal DİN-in 102 xidmətini yığıb, məlumat vermişik ki, bizdən rüşvət istəyirlər. Bundan sonra Bahadır adlı polis əməkdaşı pul almaqdan çəkindi. Kürəkənimə 500 manat cərimə yazdı və onu 1 illik sürücülük hüququndan məhrum etdirdi. Belə ki, o, məhz DİN-in 102 xidmətinə müraciət etdim deyə, kürəkənimin sənədlərini “avtoxuliqanlıq etmiş” kimi sənədləşdirdi. Hətta kürəkənimə deyib ki, “get, qaynatan səni buraxdırsın, görək necə edir”.

Jalə FAMİLQIZI

Redaksiyadan: Qarşı tərəfin mövqeyini dərc etməyə hazırıq.












Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.