Tehran metrosunda dəhşət: “Repressiv qüvvələr gənci güllələdilər” - VİDEO

16-05-2024, 15:08           
Tehran metrosunda dəhşət:
Tehran metrosunun ikinci xəttində yerləşən “Fədək” stansiyasında gənc güllələnib.

Bu barədə “Azad İran” “Telegram” kanalı sosial şəbəkələrdə yayılan videogörüntülərə əsasən xəbər yayıb.

Videogörüntüdə güllələnən gənc stansiyanın döşəməsində qan içində qalıb.

Məlumata görə, həmin gənci mülki geyimli silahlı şəxs vurub, daha sonra hadisə yerində hökumət qüvvələri insanların həmin anları çəkməsinə mane olublar.
Qeyd olunub ki, hələlik güllə yarası alan gəncin vəziyyəti, mülki geyimli qüvvələrin ona hansı səbəbdən atəş açması bəlli deyil.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru