Bu il Kann festivalı izləyici rekordunu yeniləyib

16-05-2024, 15:04           
Bu il Kann festivalı izləyici rekordunu yeniləyib
Bu il 77-ci Kann Film Festivalının açılışını rekord sayda insan izləyib.

Məlumata görə, mərasimin 2,25 milyon tamaşaçısı olub.

2021-ci ildə festival təşkilatçıları ödənişli televiziya kanalı “Canal+” ilə əməkdaşlığı dayandırıblar və festivalı yerli İctimai Televiziyada pulsuz nümayiş etdirmək qərara alınıb.

2019-cu ildə film nümayişinin açılış mərasimini “Canal+” kanalında 402 min, 2023-cü ildə isə Fransa İctimai Televiziyasında 1,99 milyon tamaşaçı izləyib.
Qeyd edək ki, festivalın açılışı mayın 13-də baş tutub. Bu il münsiflər heyətinin sədri “Ledi Bird” və “Barbie” filmlərini çəkən ABŞ-li rejissor Qreta Qerviq olub.

Mənbə: Gazeta.ru












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru