Avropada minlərlə insanın ölüm səbəbi ilə bağlı maraqlı HESABAT

16-05-2024, 16:59           
Avropada minlərlə insanın ölüm səbəbi ilə bağlı maraqlı HESABAT
Avropada hər gün 10 min insanın ürək-damar xəstəliklərindən ölümünün əsas səbəbi həddindən artıq duz istehlakıdır.

Bu barədə Ümumdünya Səhiyyə Təşkilatının Avropa Bürosunun hesabatında deyilir

Bildirilir ki, Avropada insanların əksəriyyəti duzdan çox istifadə edir.

“Ürək-damar xəstəlikləri Avropa regionunda əlilliyin və vaxtından əvvəl ölümün əsas səbəbidir - hər il bütün ölümlərin 42,5%-dən çoxunu təşkil edir”, - deyə sənəddə vurğulanıb.
Məlumata görə, kişilər arasında bu növ xəstəlikdən ölüm ehtimalı qadınlarla müqayisədə təxminən 2,5 dəfə yüksəkdir.

“2030-cu ilə qədər duz istehlakını 25% azaltmaq üçün məqsədyönlü siyasətin həyata keçirilməsi təxminən 900 min insanın həyatını xilas edə bilər”, - deyə ÜST-nin hesabatında qeyd edilib.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru