“TikTok” və “WeChat” ABŞ-da da qadağan edilə bilər

16-07-2020, 08:12           
“TikTok” və “WeChat” ABŞ-da da qadağan edilə bilər
Amerika Birləşmiş Ştatlarının rəsmiləri gələcək bir neçə həftə ərzində Çinin “TikTok” tətbiqi və “WeChat” sosial şəbəkəsi ilə bağlı həyata keçiriləcək tədbirlər barədə qərar verə bilər.

“Report” xəbər verir ki, bunu Ağ Ev aparatının rəhbəri Mark Medouz jurnalistlərə açıqlamasında bildirib.

“Milli təhlükəsizlik risklərini qiymətləndirən bir sıra idarəetmə nümayəndələri hesab edir ki, bu tətbiqlər məlumatların xaricə sızmasına səbəb ola bilər. Xüsusilə bu, ABŞ vətəndaşları haqqında məlumatların toplanmasına aiddir. Düşünmürəm ki, bu tətbiqlərlə bağlı tədbirlərin görülməsi üçün uzun zaman lazım olsun. Burada söhbət aylardan deyil, həftələrdən gedir”.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru