Ən varlı hindistanlı İlon Maskı ötüb keçib – “Bloomberq”

16-07-2020, 08:36           
Ən varlı hindistanlı İlon Maskı ötüb keçib – “Bloomberq”
Hindistanın ən varlı adamı Mukeş Ambaninin varidatı 71 milyard dolları keçib və o, dünya milyarderləri siyahısında 8-ci pilləyə yüksəlib.

“Bloomberq”in yazdığına görə, Mukeş «Tesla»nın qurucusu İlon Maskı ötüb keçib. Beləliklə, Ambani dünyanın ən varlı sakini reytinqində yeganə asiyalı olub.

«Bloomberg Billionaires Index»-in məlumatına görə, indi o, yalnız Cef Bozosa, Bill Qeytsə, Bernar Arona, Mark Sukerberqə, Stiv Balmerə, Uorren Baffata və Larri Peycə uduzur.

İlin əvvəlindən Ambani öz varidatını 12 milyard dollardan çox artırıb. Bu, onun nəzarətində olan «Reliance» holdinqinin səhmlərinin bahalaşması ilə bağlıdır. Həmin konqlemerata bütün Hindistan üzrə energetika, neftkimya, tekstil, təbii ehtiyatlar, pərakəndə ticarət və telekommunikasiya istiqamətli müəssisələr daxildir.

AzPolitika.info












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru