İran Prezidenti xəbərdarlıq etdi: "Koronavirusun ikinci dalğası başlayıb"

16-07-2020, 10:59           
İran Prezidenti xəbərdarlıq etdi: "Koronavirusun ikinci dalğası başlayıb"
Eastnews.org-un verdiyi xəbərə görə, İran Prezidenti Həsən Ruhani hökumətin iclasında çıxışı zamanı bildirib ki, koronavirusla mübarizə baş qərargahının qərarlarının icrası çox vacib və qətiyyətlidir.


O bildirib ki, ​​​​​​bu qərarları icra edənlər və vəzifəli şəxslər məsələyə ciddi əməl etməlidirlər.


Həsən Ruhani qeyd edib ki, ölkədəki koronavirusa nəzarətin iki mərhələsinin təcrübəsi göstərir ki, hər hansı bir məhdudiyyət və ya qapanmada əlavə, təlimatlara və səhiyyə tapşırıqlarına riayət etmək koronavirusa nəzarətin əsas həllidir: "Koronavirus ilə daha səmərəli mübarizə aparmaq üçün həyat tərzimizi dəyişdirməliyik".



İran Prezidenti Həsən Ruhani, həmçinin bildirib ki, birinci dalğa əsasən ölkənin şimal və mərkəzi hissəsinə təsir göstərib, mayın ortalarında başlayan ikinci dalğa isə ölkənin cənub bölgələrinə daha çox ziyan vurub.

Mənbə: İRNA












Teref.info © 2015
E-mail: [email protected]            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.