Ermənistan MN-in polkovniki məhkəmə zalından sərbəst buraxıldı: 42 milyon dollar “lazımsız” silah işi üzrə yeni detallar

16-07-2020, 23:30           
Ermənistan MN-in polkovniki məhkəmə zalından sərbəst buraxıldı:
Ermənistanın üçüncü prezidenti Serj Sarkisyanın hakimiyyəti dövründə alınmış 42 milyon dollar dəyərində lazımsız silah cinayət işi çərçivəsində maraqlı inkişaflar baş verir.

Məlum olduğu kimi, Ermənistan Silahlı Qüvvələri Baş Qərargahının Radio-Elektron Mübarizə Qoşunları bölməsinin keçmiş rəisi, polkovnik Vahan Avetisyan Ermənistan Milli Təhlükəsizlik Xidməti tərəfindən bu cinayət işi üzrə həbs olunmuşdu.

İyulun 9-da məhkəmə Vahan Avetisyanı cinayət tərkibinin yoxluğu əsası ilə məhkəmə zalından sərbəst buraxıb.

Bir vacib hal: Vahan Avetisyan aprelin 3-də həbsxanadan Ermənistan Baş nazirinə açıq məktubla müraciət etmişdi və demişdi ki, Ermənistan Silahlı Qüvvələrinin Baş Qərargah rəisi Artak Davtyan və onun müavini Stepan Qalstyan tərəfindən təqiblərə məruz qalır.

Alpər Mövludoğlu
Ordu.az












Teref.info © 2015
E-mail: [email protected]            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.