“Mövqeyimiz dəyişilməzdir, Azərbaycanın ərazi bütövlüyünü qətiyyətlə dəstəkləyirik” - Macarıstan XİN başçısı

17-07-2020, 16:36           
“Mövqeyimiz dəyişilməzdir, Azərbaycanın ərazi bütövlüyünü qətiyyətlə dəstəkləyirik” - Macarıstan XİN başçısı
“Mövqeyimiz dəyişilməzdir, Azərbaycanın ərazi bütövlüyünü qətiyyətlə dəstəkləyirik”
Azərbaycanda işgüzar səfərdə olan Macarıstanın Xarici İşlər və Ticarət naziri Peter Siyarto bölgədəki yaranmış vəziyyətlə bağlı narahatlığını bildirib.

XİN-dən APA-ya verilən məlumata görə, P. Siyarto Azərbaycanın Xarici İşlər naziri Ceyhun Bayramovla görüş zamanı Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsinə münasibətdə Macarıstanın mövqeyinin bəlli və dəyişilməz olduğunu, Macarıstanın Azərbaycanın beynəlxalq tanınmış sərhədləri çərçivəsində ərazi bütövlüyünü qətiyyətlə dəstəklədiyini vurğulayıb.

Beynəlxalq ictimaiyyətin sərgilədiyi ikili standartlara gəldikdə isə bu yanaşmanın Macarıstan tərəfindən də müşahidə edildiyini qeyd edən nazir P. Siyarto Macarıstan xarici siyasətinin əsasında məhz qarşılıqlı hörmət prinsipinin durduğunu qeyd edib.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru