Moldova ombudsmanından ŞOK DƏSTƏK: - "Mən AZƏRBAYCANAM!"

17-07-2020, 16:37           
Moldova ombudsmanından ŞOK DƏSTƏK: - "Mən AZƏRBAYCANAM!"


Moldova ombudsmanından ŞOK DƏSTƏK: - "Mən AZƏRBAYCANAM!"
Tarix: Bu gün, 15:40 | Çap et
Moldova ombudsmanından ŞOK DƏSTƏK:
Son günlərdə Ermənistan silahlı qüvvələrinin Azərbaycana qarşı yürütdüyü işğalçı siyasətinə görə, ölkəmizə beynəlxalq dəstək davam edir.
“Ölkə.Az” xəbər verir ki, Ermənistanın təcavüzkar siyasətinə qəti etiraz edərək, buna son verməsi tələbi ilə Moldovanın Ombudsmanı Aurelia Qriqoriu bəyanatla çıxış edib. Bu barədə o, rəsmi “Facebook” səhifəsində yazıb.

Ombudsmanın məktubunu təqdim edirik:

“Mən AZƏRBAYCANAM!

Ermənistan-Azərbaycan sərhədində, Azərbaycanın Tovuz bölgəsindəki vəziyyətin gərginləşməsini narahatlıqla izləyirəm. Bütün dünya üçün çətin olan pandemiya dövründə Ermənistanın hərbi əməliyyatlarını yenidən başlatması həm beynəlxalq hüquq normalarına tamamilə hörmətsizlik, həm də Azərbaycanın ərazi bütövlüyünün pozmasını həyasızcasına davam etdirməsini nümayiş etdirir.

Ermənistan Müdafiə Nazirliyi təxribatçı hərəkətlərinə bəraət qazandırmaq istiqamətindəki cəhdləri ciddi ifadələrdən daha çox özlərini əncir yarpağı arxasında gizlətməyə bənzəyir. Dağlıq Qarabağ ərazisini zorakılıqla işğal edən, riyakar kuklaların rəhbərlik etdiyi Ermənistan silahlı dəstələri, hətta Dağlıq Qarabağ bölgəsinə aid olmayan Azərbaycan ərazilərini də ələ keçirməyə yönəlmiş işğalçı hərəkətlərini bu gün də davam etdirməkdədir.

Azərbaycanın Tovuz bölgəsi (xəritədə qırmızı oxla işarələnmişdir) Ermənistanla sərhəd olsa da , Qarabağ bölgəsi və ətraf ərazilərə aid olmayan bir hissəsidir (xəritədə boz rənglə işarələnmişdir).

Açıq və qərəzli şəkildə növbəti alçaq niyyətlərini bəyan edən Ermənistan, qonşu dövlətin vətəndaşlarının hüquqlarını bir daha kobud şəkildə pozaraq, bu məsələ ilə bağlı beynəlxalq təşkilatların qəbul etdiyi qərar və qətnamələrə saymamazlıq nümayiş etdirir.
Ermənistan tərəfinin atəşkəs rejimini pozmasına Minsk qrupunun ləng reaksiyası onların bu məsələdə bacarıqsız olduğunu bir daha sübut edir. Hadisələrin Moldova mediası tərəfindən birtərəfli təqdimatı isə narahatlıq doğurur. Ölkəmizdə verilən məlumatlara görə, hərbi əməliyyatların təşəbbüskarının Azərbaycan olduğu iddia edilir. Halbuki, dəfələrlə BMT və ATƏT-in qətnamə və qərarlarında təcavüzkar tərəfin məhz Ermənistan olduğu vurğulanıb.

Mən həmçinin, bu məsələ ilə bağlı Moldova hökümətinin rəsmi açıqlama verməməsindən öz narahatlığımı və narazılığımı bildirirəm. Bundan başqa Moldovada bir ictimai xadim olaraq, sadə vətəndaşlarımızın Ermənistanın bu işğalçı və təcavüzkar hərəkətlərinə olan qınağını və narazılığını da sizə çatdırmaq istəyirəm. Mənim firkirmcə, 20 ildən artıq ərazilərinə nəzarətini itirən Moldova, bu cür hadisələrə daha konkret mövqe göstərə bilərdi.

Prezidentimiz İqor Dodonun səssizliyi bəzi narahatlıqlara səbəb olur. Axı, o, dəfələrlə bu gözəl ölkəyə səfər edib. Özünü Azərbaycanın dostu kimi təqdim edərək, dövlətlərimiz arasında dost münasibətin olduğunu nümayiş etdirib. Bəs, indi İqor Dodon niyə susur? Bunun səbəbi isə aydın və başa düşüləndir. Çətin ki, belə bir mövqe Prezidentin yaxın ətrafının xoşuna gəlsin. Onun beynəlxalq münasibətlər üzrə müşavirinin erməni Ernest Vardanyanın olması dövlətimizin bu məsələyə düzgün yanaşmasına imkan vermir. Bu insanların şəxsi ambisiyalarının bütöv bir dövlətin xarici siyasətinə necə təsir göstərə biləcəyini bir daha gözlər önünə gətirir.

Bir sıra ölkələrin - Ukrayna, Türkiyə, Almaniya, İsrail və digərlərinin Qafqazdakı gərginliyə göstərdikləri aydın reaksiyaları, bu dövlətlərin təhlükəsizlik və suverenliyə, ilk növbədə ölkələrinə yaxşı münasibət göstərən, dost dövlətlərlə tərəfdaşlıqda etibarlıqlarını nümayiş etdirir.

Xatırlatmaq istərdim ki, hər an partlamağa hazır olan bir barıt çəlləyi də Moldovada (PS. Pridnestrovye münaqişəsi) yerləşir.

Şəhid olan, yaralanan əsgər, zabit və generallar üçün dərin təəssüf hissi keçirir, həlak olanların ailələrinə, bütün Azərbaycan xalqına dəstəyimizi və yanlarında olduğumuzu bildiririk. Onlara möhkəmlik, inam və tez bir zamanda torpaqlarının işğaldan azad olunmasını arzu edirik”.












Teref.info © 2015
E-mail: [email protected]            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.