Rusların əksəriyyəti Kremlin Azərbaycanı dəstəkləməsini istəyir?...- “Vzqlyad” nəşri

17-07-2020, 17:41           
Rusların əksəriyyəti Kremlin Azərbaycanı dəstəkləməsini istəyir?...- “Vzqlyad” nəşri
"Biz əsasən öz gücümüzə güvənməli və öncə daxilimizdə əsl həmrəyliyə, birliyə nail olmalıyıq..."

Rusiyanın "Vzqlyad" qəzeti öz veb-saytında Rusiya ilə Ermənistanarasındakı münaqişədə rəsmi Moskvanın kimə dəstək verməli olduğu mövzusundasorğu keçirib

Moderator.azxəbər verir ki, səsvermənin nəticələrinəgörə, qəzet oxucularının 31.4% -i Kremlin Azərbaycanı dəstəkləməli olduğunu hesab edir. Respondentlərin yalnız 16.4% -nin fikrincə, Rusiya Ermənistanın yanında olmalıdır. Eyni zamanda, sorğuda iştirak edənlərinyarıdan çoxu (52,2%) hesab edir ki, Rusiya tərəflərdən heç birini dəstəkləməməlidir.

Erməninəşrlərinin yaydığı məlumatlardan bəlli olur ki, Ermənistan siyasətbazları bu xəbərdən növbətidəfə çox pərişan olublar. Onlar hesab edir ki, Putin hökuməti Ermənistanla TürkiyəninAzərbaycanla qurduğu kimi dostcasına müttəfiqlik münasibətləri qurmur vəümumiyyətlə, Moskva rəsmi Yerevanı müttəfiqlər siyahısından çıxdaş etməyəhazırlaşır...

P.S.Bu məlumatlara da arxayın olub əlimizi-qolumuz sallayıb gözləmək olmaz. Əvvəla, Rusiyanın Azərbaycana rəsmən yaxınlıq siyasətireal şəkildə özünü göstərmir və görünsə də, ona heç vaxt etibar etmək olmaz - bu, hər gün yenidən Ermənistanın xeyrinə dəyişəbilər. İkincisi də biz əsasən öz gücümüzə güvənməli və öncə daxilimizdəkiproblemləri milli maraqlarımız istiqamətində həll edərək əsl həmrəyliyə, birliyənail olmalıyıq...

SultanLaçın












Teref.info © 2015
E-mail: [email protected]            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.