“Rusiya Malayziya təyyarəsinin vurulmasına görə məsuliyyətini etiraf etməlidir” – Ukrayna XİN

17-07-2020, 21:52           
“Rusiya Malayziya təyyarəsinin vurulmasına görə məsuliyyətini etiraf etməlidir” – Ukrayna XİN
298 nəfər dinc sərnişinin qatili kimdir?

Ukrayna dövləti Rusiyanı “Boinq 777” təyyarəsinin vurulması ilə bağlı məsuliyyətini etiraf eləməyə çağırıb.

Malayziyanın MH17 təyyarəsinin qəzaya uğramasının altıncı ildönümündə Ukraynanın Xarici İşlər Nazirliyi Rusiyanı sərnişin təyyarəsini vurduğuna görə məsuliyyətini etiraf eləməyə və istintaqla əməkdaşlıq eləməyə çağırıb.

Bu, Ukrayna XİN-in bəyanatında bildirilib.

Açıqlamada Ukraynanın Birgə İstintaq Qrupunda Niderlandla və digər tərəfdaşlarla sıx əməkdaşlığa hazır olduğu deyilir.

Açıqlamada deyilir: “Rusiya Federasiyasını öz məsuliyyətini boynuna götürməyə, beynəlxalq öhdəliklərinə, o cümlədən BMT TŞ-nin 2166 nömrəli qətnaməsinə əməl eləməyə və istintaqla əməkdaşlıq eləməyə çağırırıq”.

“Malayziya Hava Yolları”nın “Boinq 777” təyyarəsi Amsterdamdan Kuala-Limpura doğru uçarkən, 2014-cü il 17 iyul tarixində Ukrayna səmasında, Rusiya-Ukrayna səmasından 40 km məsafədə vurulmuşdu. Təyyarənin göyərtəsində olan 298 nəfərin hamısı həlak olmuşdu./Hurriyyet.org












Teref.info © 2015
E-mail: [email protected]            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.