Çinin xarici işlər naziri: “ABŞ ağlını, mənəviyyatını və etimadını itirib”

18-07-2020, 10:15           
Çinin xarici işlər naziri: “ABŞ ağlını, mənəviyyatını və etimadını itirib”
Çinin Xarici İşlər Naziri Vang İ Rusiya Xarici İşlər Naziri Sergey Lavrov ilə telefon danışığında ABŞ-ın onsuz da ağlını, əxlaqını və etimadını itirdiyini söyləyib.

KONKRET.az xəbər verir ki, bu haqda məlumatı RİA Novosti agentliyi yayıb.

“ABŞ pandemiyadan istifadə edərək, digər ölkələri nüfuzdan salmaq və günahlandırmaq üçün öz öhdəliklərini başqalarının üzərinə yıxır. Heç bir yerdə dayanmırlar, hətta beynəlxalq münasibətlərdə isti nöqtələr və qarşıdurmalar yaradırlar. Artıq ağıllarını, mənəviyyatlarını və etimadlarını itiriblər” deyib nazir.

Əlavə edib ki, Amerika Birləşmiş Ştatları tamamilə açıq şəkildə öz ölkəsi üçün prioritet siyasət yürüdür, hamını qorxudur və eqoizmin pik zirvəsinə çatıb.

“ABŞ Çinə qarşı siyasətində uzun müddət köhnəlmiş Soyuq Müharibə təfəkkürünü canlandırır, bilərəkdən ideoloji qarşıdurma yaradır, beynəlxalq hüququ və beynəlxalq münasibətlərin əsas normalarını pozur. Çin ABŞ-dakı azsaylı Çin əleyhinə olan qüvvələri təqib etməyəcək, ancaq qanuni maraqlarını və ölkəsinin nüfuzunu qətiyyətlə müdafiə edəcək” deyib.

Çin Xarici İşlər Naziri əlavə edib: “Çin və Rusiya, məsuliyyətli böyük dövlətlər olmaqla, nəinki ikitərəfli münasibətləri daha da yüksəltməli, eyni zamanda beynəlxalq səviyyəni pozan istənilən hərəkətə qarşı durmaq üçün obyektiv və ədalətli mövqe tutan ölkələrlə birlikdə işləməlidirlər”.












Teref.info © 2015
E-mail: [email protected]            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.