ABŞ hərbçisi Rusiya kəşfiyyatına işləyirmiş

18-07-2020, 17:43           
ABŞ hərbçisi Rusiya kəşfiyyatına işləyirmiş
Amerikalı hərbçi Çarlz Briqssin Rusiya kəşfiyyatına işlədiyi məlum olub. Belə ki, o, məxfi məlumatları Rusiya vətəndaşına ötürürmüş.

Cebhe.info xəbər verir ki, bu barədə "The Virginian-Pilot" məlumat yayıb.

Məlumata görə, Çarlz Briqss Portsmut Hərbi-Dəniz Tibb Mərkəzinin İnformasiya və Texnologiya Departamentində çalışıb. O, öz xidməti kompüteri vasitəsilə məxfi müdafiə məlumatlarını yayırmış.

İstintaq hesab edir ki, Briqss ABŞ-a ziyan vurduğunu bilərək bu hərəkəti edib. Hansı məlumatlar və onların kimə ötürüldüyü açıqlanmayıb.

Qeyd edək ki, Briqss hazırda həbs edilib və iyulun 22-də onun məhkəməsi gözlənilir.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru