İran Süleymani haqda məlumat ötürən MKİ casusunu edam etdi

20-07-2020, 10:07           
İran Süleymani haqda məlumat ötürən MKİ casusunu edam etdi
İran hakimiyyəti Mərkəzi Kəşfiyyat İdarəsinə (MKİ) casusluq etməkdə və general Qasım Suleymaninin hərəkətləri haqqında məlumat ötürməkdə günahlandırılan şəxsi edam edib.

KONKRET.az xəbər verir ki, bu haqda məlumatı Tasnim agentliyi yayıb.

Edam edilən Mahmud Musəvi Majd həm də İsrailin Mossad kəşfiyyatı üçün işləməkdə ittiham olunub.

Məhkum barəsində məhkəmə, Suleymaninin ölümündən əvvəl başlamışdı və ABŞ-ın İranın yüksək çinli hərbçisinə qarşı etdiyi əməliyyatla əlaqəsi yoxdur.

ABŞ yanvarın 3-də Bağdadda Suleymaninın aradan qaldırılması üçün əməliyyat keçirib. Buna cavab olaraq İran ABŞ qoşunlarının yerləşdiyi İraq bazasına raket zərbələri endirib.

Əvvəlcə ABŞ Prezidenti Donald Tramp və Pentaqon rəhbərliyi atışmada itki olmadığını söyləyib. Sonra hərbiçilər qurbanların olduğunu qəbul etmək məcburiyyətində qalıblar. Üstəlik, onların sayı durmadan artıb.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru